Qubalı şagird Murad İsmayılov Avropa Fizika Olimpiadasında iştirak edib. Bu barədə ShimalNews 21 iyun tarixində məlumat verir.
16-20 iyunda Almaniyanın Hannover şəhərində Avropa Fizika Olimpiadası (Eupho 2023) təşkil edilib. Burada iştirak edən Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Murad İsmayılov həvəsləndirici mükafat qazanıb.