Qubada “Açıq mikrofon” aksiyası baş tutub. Bu barədə ShimalNews 2 iyun tarixində “Azəriqaz” İB-yə istinadən məlumat verir.
Qəbula gələn 2-ci Nügədi kəndindəki yeni yaşayış massivinin və Timiryazev kəndinin sakinləri qazlaşdırılma ilə bağlı müraciətlər səsləndiriblər. Digər 14 müraciət arasında debitor borcun araşdırılması, fərdi yaşayış evinin qazlaşdırılması və sayğacın yenisi ilə əvəzlənməsi kimi məsələlər yer alıb.
Ünvanlanan hər bir müraciət qeydiyyata alınıb. Bəzi məsələlərin araşdırılmasına qərar verilib.