Quba şəhərində birmərtəbəli evdə yanğın baş verib. Bu haqda ShimalNews 29 yanvar tarixində xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, hadisə 165 kv.m olan kürsülü, 4 otaqlı evdə qeydə alınıb. Yanğın nəticəsində mətbəxinin yanar konstruksiyaları 16 kv.m sahədə, 1 ədəd paltaryuyan maşın və soyuducu yanıb.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.