Quba Soyqırımı Memorial Kompleksi ağacəkmə kampaniyasına start verib. Bu haqda ShimalNews 30 mart tarixində “Bizim.media”ya istinadən məlumat verir.
Kompleksin mətbuat katibi Abutalıb Turabov bildirib ki, soyqırımının builki ildönümünə həsr edilən "Bir ağac, min nəfəs” aksiyası Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin dəstəyi və köməkliyi ilə keçirilir.