Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Quba və Qusar sakinlərini qəbul edəcək. Bu barədə ShimalNews 3 iyul tarixində adıçəkilən nazirliyə istinadən məlumat verir.
Qəbul iyulun 12-si Quba şəhərində baş tutacaq. Burada iştirak etmək istəyənlər 03 - 07 iyul tarixlərində nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət etməli və ya 142 – Çağrı Mərkəzi ilə əlaqə saxlamalıdırlar.
Vətəndaşlar nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciət edə bilərlər. Onlar əvvəlcədən tərtib edilmiş siyahı üzrə qəbul ediləcəklər.