Xaçmazın Nabran kəndində ölümlə nəticələnən hadisə baş verib. Bu barədə ShimalNews 3 iyul tarixində “Report”a istinadən məlumat verir.
Məlumata görə, Bakı şəhər sakini, 60 yaşlı Xanım Tağıyeva "Dənizçi" istirahət mərkəzinə istirahətə gəlib. Qadın hamam otağında olarkən onu elektrik cərəyanı vuraraq həyatına son qoyub.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.