Quba Soyqırım Memorial Kompleksini ötən gün ziyarət edənlərin sayı açıqlanıb. Bu haqda ShimalNews 1 aprel tarixində “Bizim.Media”ya istinadən məlumat verir.
Kompleksin mətbuat katibi Abutalıb Turabov bildirib ki, Azərbaycanlıların soyqırımının 106-cı ildönümü günündə respublikanın müxtəlif bölgələrindən 10 minə yaxın insan gəlib. Məktəblilər, gənclər, ziyalılar, şəhid ailələrinin nümayəndələri, keçmiş hərbçi və qazilər ermənilərin kütləvi soyqırımına məruz qalmış dinc insanların xatirəsini hörmətlə yad ediblər.