top
İsmayıllının 68 yaşlı tələbəsi: “Sahibkar olmaq istəyirəm”
10 fevral 2025, 17:50
- ↺ +

İsmayıllının 68 yaşlı tələbəsi: “Sahibkar olmaq istəyirəm”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İnsan həyatının istənilən dönəmində nələrsə öyrənir. Ömürboyu öyrənmək, sevdiyin peşə üzrə fəaliyyət göstərmək insanların cəmiyyətə verə biləcəyi əsas faydalardandır. Kimisi 11 yaşında məktəbi bitirir, kimisi də 68 yaşında tələbə olur...

Elə Shimal.News-un budəfəki müsahibi İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin 68 yaşlı tələbəsi Qətibə İsayevadır.

Onunla müsahibəni təqdim edirik:

- Qətibə xanım, oxucularımız üçün özünüzü təqdim edin.

- Qətibə İsayeva. 1956-cı ildə Bakı şəhərində anadan olmuşam. Lakin ailə həyatı qurduqdan sonra İsmayıllı rayonunda yaşamağa başladım. Bakı şəhəri 239 nömrəli tam orta məktəbi bitirdikdən sonra universitetə daxil olmaq üçün imtahan verdim. Amma qəbul ola bilmədim.

- Şirniyyat bişirməyə əvvəldən marağınız vardı?

- Övladlarım, doğmalarım üçün bir-birindən gözəl şirniyyatlar bişirirdim. Qənnadıçılığı bacarsam da, bu peşənin sirlərini daha da dərindən öyrənmək istəyirdim.

O zamanlar ali məktəbə qəbul olmaq üçün azı 6 aylıq əmək təcrübəsi tələb edilirdi. Bu səbəbdən bir müddət tikiş fabrikində çalışdım, amma şirniyyat bişirməyə olan marağım itməmişdi. Bu məqsədlə də İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin “Qənnadıçı-şirniyyatçı” ixtisasına qəbul oldum.

- Bəs bu yaşda təhsil almağa necə qərar verdiniz?

- Heç vaxt oxumaqdan, bilik və bacarıqlarımı artırmaqdan yorulmamışam. Oxumaq həvəsim hər zaman mənə daxili güc verirdi.

İndi  bu peşə üzrə bildiklərimi Peşə Təhsil Mərkəzinin yüksək imkanları ilə təkmilləşdirmək istəyirəm. Gənclik illərindən işləməyə həvəsim var idi, lakin işlə bağlı müraciət etdiyim müəssisələrdə bu peşə üzrə rəsmi sənəd tələb edildiyindən şirniyyat ustası kimi işləyə bilmirdim.

-Təhsilinizi bitirdikdən sonra hədəfiniz nədir?

- Əsas hədəfim oxuduğum peşəni daha dərindən öyrənib, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdır. Peşə Təhsil Mərkəzinə gəlməmişdən əvvəl ətrafımdakı insanlardan müəssisə haqqında məlumatlar öyrənmişdim. Ondan sonra qərar verdim ki, qənnadçı peşəsinə yiyələnməklə bu sahəni daha dərindən öyrənib sahibkarlıq fəaliyyəti ilə məşğul olum.

- Dərslər necə keçirilir? Sizi qane edirmi?

- Sözün düzü, peşə məktəbinə qəbul olana qədər bilməzdim ki, burada dərslər belə yaxşı tədris edilir. İnsanlar fikirləşə bilərlər ki, burada dərsə yəqin səthi yanaşılır. Əsla elə deyil. Dərslər çox yaxşı tədris edilir, hər kəs qəbul olduğu peşənin sirlərinə dərindən yiyələnə bilir, müəllim kontingenti də olduqca peşəkar və savadlıdır. Peşəyə maraq və sevgi yaratdıqlarından tələbələr hər gün dərsə bol enerji ilə gəlirlər.

- Qətibə xanım, ilk dərs gününüzü necə xatırlayırsınız?

- Təbii ki, ilk dərs günü sinfə daxil olanda çoxuna qəribə gəldi. Hətta mənimlə oxuyan tələbələr elə biliblər ki, müəlliməm. Qrup yoldaşlarım mənə xüsusi hörmətlə yanaşırlar. Çox mehriban tələbə yoldaşlarım, müəllimlərim var.

 

Fidan İlqar

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Cəmiyyət
30 oktyabr 2026, 13:00

Qurumlar susdu, Qubada sakinlər yararsız yolu öz hesablarına təmir etdilər

Cəmiyyət
30 oktyabr 2026, 12:12

Şimalın bu rayonlarında istilik mövsümü başlayır - Siyahı

Kriminal
30 oktyabr 2026, 11:08

Tibbi müayinə avtobus sürücüsünü İFŞA ETDİ

Hadisə
30 oktyabr 2026, 10:46

Uşaqlı ailə Quba-Xaçmaz yolunda qəzaya düşüb

Oxşar xəbərlər