Ermənistan Respublikasının Vardenis rayonunda anadan olan həkim Xaçmazda və Siyəzəndə çalışıb. Hazırda isə İsmayıllıda sənətini davam etdirir. Bu barədə ShimalNews 11 aprel tarixində İsmayıllı RMX-ya istinadən məlumat verir.
67 yaşlı Firidun Ağayev İsmayıllı RMX-da şöbə müdiridir. 1984-cü ildə ATU-nun müalicə və profilaktika fakultəsini bitirəndən sonra Xaçmaz RMX-da interantura keçib, Siyəzən RMX-da və İsmayıllı rayon Kürtmaşı kəndində həkim-terapevt kimi çalışıb.
Ailəlidir 2 övladı var.