İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən müəssisədə buğdanın fitosanitar və qida təhlükəsizliyi vəziyyətinin qiymətləndirilməsi məqsədilə monitorinq həyata keçirilib. Bu barədə ShimalNews 5 aprel tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən məlumat verir.
Agentlik əməkdaşları tərəfindən Xəlilli kəndində yerləşən "GP Stock Feed" MMC yoxlanılıb. Taxıl nümunəsi götürülüb və müayinələrin aparılması üçün müvafiq sınaq laboratoriyalarına təqdim edilib. Nəticədə nümunələrdə uyğunsuzluq aşkar olunmayıb.