İsmayıllıda fəaliyyət göstərən “Bolluq Story” marketdə nöqsanlar aşkar olunub. Bu barədə ShimalNewsa 25 yanvar tarixində Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
N.Nərimanov küçəsi, 45 ünvanında yerləşən market İlqar Kərimova məxsusdur. Plandankənar yoxlama zamanı burada məhsulların yerləşdiyi rəflərin və soyducuların təmizliyinə nəzarət olunmadığı, mal qonşuluğu prinsipinin pozulduğu, həmçinin yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirildiyi aşkarlanıb.
Müəssisənin rəhbəri inzibati məsuliyyətə cəlb olunub. Yararlılıq müddəti bitmiş məhsullar isə satışdan çıxarılıb.