İsmayıllıda “Heydər Əliyev İli” çərçivəsində ümumrayon iməciliyi keçirilib. Bu barədə ShimalNews 10 aprel tarixində RİH-yə istinadən məlumat verir.
Tədbir zamanı rayonun bütün kəndləri, magistral yollar, park və xiyabanlar təmizlənmiş, ağaclar budanmış, məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər və onların ətrafı təmizlənərək daşınmışdır.
İməcilikdə idarə, müəssisə kollektivləri və rayon könüllüləri iştirak ediblər.