İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində (İsmayıllı DPTM) seminar keçiriləcək. Bu barədə ShimalNews 27 fevral tarixində adı çəkilən mərkəzə istinadən xəbər verir.
Təlimçi Məhbubə Kərimova seminarı "Ana dilimizdə effektiv kommunikasiya, nitq etiketləri" mövzusunda aparacaq. Burada məqsəd DPTM-də təhsil alan tələbələrin müvafiq sahədə bilik və bacarıqlarının artırılmasıdır.
İştirak etmək istəyənlər fevralın 28-i saat 10:30-da İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinə yaxınlaça bilərlər.