İsmayıllı stansiyasından 13 km şimal-şərqdə zəlzələ qeydə alınıb. Bu barədə ShimalNews 13 aprel tarixində məlumat verir.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan verilən məlumata əsasən, zəlzələ bu gün yerli vaxtla saat 01:38-də müşahidə edilib. Onun dərinliyi 12 km, maqnitudası isə 3.5 bal təşkil edib.