İsmayıllıda tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün qışın son düşərgəsi keçiriləcək. Bu barədə ShimalNews 1 mart tarixində Gənclər Fonduna (ATGTİ) istinadən məlumat verir.
ATGTİ 4-6 mart tarixlərində - həftəsonu düşərgə təşkil edəcək. Burada gənclər yeni məkanlar kəşf edəcək və şəxsi inkişaflarına töhfə verə biləcəklər.
İştirak ödənişsizdir. Qoşulmaq istəyənlər link üzrə qeydiyyatdan keçməlidirlər: https://forms.gle/sbYF2xVN3TfX4m8j7.
Son müraciət tarixi: 2 mart, 18:00.