top
İsmayıllıda DƏHŞƏT: Əxlaqsızlıq edən arvadını və bibisi qızını bıçaqladı
18 dekabr 2024, 14:14
- ↺ +

İsmayıllıda DƏHŞƏT: Əxlaqsızlıq edən arvadını və bibisi qızını bıçaqladı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsmayıllıda kişi əxlaqsız yola düşən arvadı ilə bibisi qızını bıçaqlayıb.

Shimal.News-un əldə etdiyi məlumata görə, hadisənin istintaqı Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Belə ki, 1996-ci il təvəllüdlü Novruz Nəcəfov (ad şərtidir) İsmayıllıda doğulub. Novruz bibisi qızının əxlaqsız həyat tərzi sürdüyünü zənn edib. O düşünüb ki, bibisi qızı onun arvadı ilə ünsiyyətdə olmaqla mənfi təsir göstərir, arvadının əxlaqını pozur. Bundan sonra  arvadının ona əri kimi münasibət göstərməyəcəyinə, hörmət etməyəcəyinə inanıb. Qadının uşaqları onun üstünə atıb, Bakıya gedəcəyi və tanışları arasında rüsvay olacağı qənaətinə gələrək qisas almaq istəyib.

Sentyabrın 12-si evin qarşısında dayanmış avtomobilin ön oturacağında əyləşən bibisi qızı Günel Hüseynovanı (ad şərtidir) və arxa oturacaqda əyləşən həyat yoldaşı Elmira Nəcəfovanı (ad şərtidir) öldürmək qərarına gəlib. Bu məqsədlə üzərində gəzdirdiyi bıçağı gizlədərək avtomobilin sol arxa qapısına yaxınlaşıb. Avtomobildə cütlüyün 3 azyaşlı övladı da olub. Onların gözü qarşısında arvadı Elmiranı 4 dəfə bıçaqlayıb. Daha sonra qadının öldüyünə əmin olmaq üçün onu əlləri ilə boğub.

Bu əməli törətdikdən sonra isə bibisi qızının qaçmaması üçün ön sərnişin qapısına yaxınlaşaraq çoxsayılı bıçaq zərbəsi endirib. Həmin vaxt hadisənin şahidi olan sürücü maşını oradan uzaqlaşdıraraq zərərçəkmişləri xəstəxanaya aparıb.

Novruz Nəcəfov Azərbaycan Respublikası CM-nin 29, 120.2.4 və 29, 120.2.7-ci (qəsdən həyatdan məhrum etmə) maddələri ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Novruz Nəcəfov ona qarşı irəli sürülən ittiham üzrə özünü qismən təqsirli bilib. O ifadəsində göstərib ki, əslində yoldaşını yox, bibisi qızını öldürmək istəyib:

“Bıçağı götürərək birinci yoldaşımı, sonra isə bibim qızını vurdum. Həmin vaxt taksi sürücüsü maşını sürüb getdi. Daha sonra özüm gedib təslim oldum. Münasibətlərimiz normal olub. Hadisəni nə üçün törətdiyimi bilmirəm. Bibim qızını öldürmək istəyirdim, amma yoldaşımı öldürmək fikrim yox idi. İçkili olduğum üçün bibim qızı Güneli 7 dəfə bıçaqlamışam. Yorulduğum üçün bıçaqlamağı dayandırdım. Əməlimdən peşmanam”.

İsa Nəcəfovun ibtidai istintaq zamanı verdiyi ifadə məhkəmə zalında elan olunub. O, ifadəsində göstərib:

“Hadisədə özümü təqsirli bilmirəm. 7 ildir ki, xalam qızı Elmira ilə evliyəm. Elmira ilə evliliyimizdən Nəzakət, Nəzrin və Zəhra adlı üç azyaşlı qızımız var. Bibim qızı Günel subay vaxtı dəfələrlə məndən xoşu gəldiyini və evlənmək istədiyini deyib. Lakin mənim ondan xoşum gəlmirdi. Ona görə razı olmurdum. Günel Səid adlı şəxslə evil olub və boşanıb. Hətta evil olduğumuz vaxtda da məndən xoşu gəldiyini deyirdi. Arvadım Elmira ilə Günel arasında münasibət həmişə yaxşı olub. Ancaq Elmira ilə Günel mehriban olandan bəri həyat yoldaşım məndən boşanmaq istədiyini deyirdi. Boşanıb Günellə Bakıya gedəcəyini bildirirdi. Elmiraya dedim ki, Bakıda özümə iş tapıb, ev alıb, səni də özümlə aparacam.

Bir gün evə gələndə Elmiranın evdə olmadığını gördüm. Böyük qızım Nəzakət anasının Günellə işləmək üçün getdiyini dedi. Bir müddət sonra “Tiktok”da “Nonono” adlı saxta hesabdan Günelin “Günel056” adlı hesabına izləmək üçün istək atdım. Yazmağı bacarmadığım üçün dostum Fəridə müraciət etdim. Fəridin dəstəyi ilə hesabın mesaj qutusunda Günelə tanışlıq təklif etdim, o da razılaşdı. Sonra dedi ki, yanında bacısı Zəhra var. Mənim yoldaşım Elmiraya çox vaxt Zəhra deyirlər. Ondan sonra bildim ki, bunlar bir yerdə Gəncədədirlər. Tam dəqiqləşdirmək üçün şəkil istədim. O da Elmira ilə şəkilini yolladı. Görüşmək üçün vaxt təyin etdik. Görüşə gedəndə Elmira ilə Günelin gəldiyini gördüm. Onlara yazan şəxsin mən olduğumu anladılar. Elmiranı öz evimizə apardım, Günel isə mənimlə gəlmədi. Elmira evə gəlsə də, yenə fikri Güneldə idi. Onun yanına getmək istəyirdi. Günellə əlaqəsini kəsməsini desəm də, razılaşmırdı. Bir dəfə yenə evdən qaçdı, mənə boşanmaq istədiyini və uşaqları mənə verib Bakıya gedəcəyini dedi. Bundan hiddətlənib Güneli öldürmək qərarına gəldim. Çünki o, yoldaşımın əxlaqını pozmuşdu”.

Məhkəmə istintaqı zamanı zərərçəkmiş Günel Hüseynova ifadə verib:

“Novruzgil ilə münasibətimiz həmişə yaxşı olub. Onlarda olanda Novruz mənim yanımda dəfələrlə Elmiranı döyüb. Hətta bir dəfə döydüyünə görə Elmira yataq otağında özünü asaraq intihara cəhd edib. Elmira ilə birlikdə işləmək üçün Gəncə şəhərinə getdik. Təxminən bir ay sonra Novruz Gəncəyə gəlib, Elmiranı razı salıb, özü ilə apardı. Hadisə günü mən avtomobilin ön oturacağında əyləşmişdim. Novruz Elmira tərəfdən qapını açıb 10 saniyə dayanmadan bıçaqlamağa başladı. Sonra mən tərəfə gələrək məni də bıçaqladı”.

Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Novruz Nəcəfovu cinayət üzrə təqsirli bilib.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Novruz Nəcəfov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Fidan İlqar

Son xəbərlər

Cəmiyyət
Bu gün, 13:00

Qurumlar susdu, Qubada sakinlər yararsız yolu öz hesablarına təmir etdilər

Cəmiyyət
Bu gün, 12:12

Şimalın bu rayonlarında istilik mövsümü başlayır - Siyahı

Kriminal
Bu gün, 11:08

Tibbi müayinə avtobus sürücüsünü İFŞA ETDİ

Hadisə
Bu gün, 10:46

Uşaqlı ailə Quba-Xaçmaz yolunda qəzaya düşüb

İqtisadiyyat
Bu gün, 10:30

Şimal bölgəsində hotellərin doluluğu azalıb – RƏQƏMLƏR

Cəmiyyət
Bu gün, 09:46

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Faydalı
Bu gün, 09:28

25 milyon illik təbii tarixinin nadir izləri - VİDEO

Hadisə
Bu gün, 00:01

Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Hadisə
Dünən, 18:00

Siyəzəndə sosial yardım üstündə dava: Qayınata kürəkənini bellə vurdu

Cəmiyyət
Dünən, 17:00

Quba Regional Reklam İdarəsinə yeni rəis təyin edildi

Hadisə
Dünən, 16:04

Siyəzəndə 11-ci sinif şagirdi motosiklet qəzasında öldü

Cəmiyyət
Dünən, 15:19

Şəkidə sahibsiz itlər və pişiklər zəhərlə öldürülür - İDDİA

Cəmiyyət
Dünən, 14:59

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlanıb

Hadisə
Dünən, 14:17

"Xəzər" çay evinin fəaliyyəti dayandırılıb

Cəmiyyət
Dünən, 13:30

Turistlərin axın etdiyi Basqalda bankomat və aptek yoxdur

Hadisə
Dünən, 12:55

Quba RMX-da tibbi arayış qalmaqalı: 8 nəfər işdən çıxarıldı, 4 nəfərə töhmət verildi

Bütün xəbərlər
Dünən, 11:41

Qubada kişi "sərxoş halda maşın sürmə" deyən dostunu bıçaqladı - 6 il cəza

İqtisadiyyat
Dünən, 11:06

Şimal bölgəsində turist axını: Yerli əhali nə qazanır, nə itirir?

Cəmiyyət
Dünən, 10:39

Şabranda yolun ortasında təhlükəli vəziyyət yaranıb – VİDEO

Cəmiyyət
Dünən, 09:49

Şəki-Qax avtomobil yolunu duman bürüdü – VİDEO

Cəmiyyət
Dünən, 09:19

Qusarlı şagirdlər rəqs üzrə birinci olublar

Cəmiyyət
Dünən, 09:17

Caqacuq çayı üzərində yeni körpü inşa olunur

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 33-cü günü: XRONİKA

İdman
28 oktyabr 2026, 18:00

Qusarlı idmançılar paytaxtdan 6 medalla qayıtdılar

İdman
28 oktyabr 2026, 17:26

"Şahdağ Qusar"la oyundan sonra "Səbail"ə ağır cəzalar verilib

Faydalı
28 oktyabr 2026, 17:10

Qəbələ 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək

İdman
28 oktyabr 2026, 16:49

Şimal klublarının Kubok sınağı: "Şahdağ Qusar"dan 9 qol, "Şamaxı"dan böyük qələbə, üç komanda isə mübarizəni dayandırdı

Cəmiyyət
28 oktyabr 2026, 16:21

Qubada məktəblilər yanğınsöndürənlərin işi ilə tanış olublar

Oxşar xəbərlər