İsmayıllı rayonunun Kürdmaşı kəndində yanğın hadisəsi qeydə alınıb.
Shimal.News xəbər verir ki, ümumi sahəsi 1400 kv.m (hər mərtəbəsi 700 kv.m) olan ikimərtəbəli inzibati binanın 2-ci mərtəbəsində 1 otağın döşəməsi 1 kv.m sahədə, içərisində olan 1 ədəd kreslo və dolab yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.