İsmayıllının Yeniyol kəndində vətəndaşların səyyar qəbulu keçirilib. Bu barədə ShimalNews 17 fevral tarixində məlumat verir.
Rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri sakinlərlə görüşdə iştirak ediblər. İcra başçısı Nahid Bağırov qaldırılan məsələləri dinləyib, onların həlli üçün aidiyyəti şəxslərə tapşırıqlar verib.