İsmayıllı RPŞ-nin əməkdaşları və Polis Akademiyasının kursantı yuxarı sinif şagirdləri üçün keçirilən tədbirdə iştirak ediblər. Bu haqda 7 aprel tarixində Shimal.news məlumat verir.
Maarifləndirici görüş Qubaxəlilli kənd tam orta məktəbində təşkil edilib. "Uşaqlar tərəfindən törədilən cinayətlər və onların zorakılığa, istismara məruz qalması" mövzusunda baş tutan tədbirdə yeniyetmələr arasında qanun pozuntusuna gətirən səbəblər, onların qarşısını almaq yolları haqqında danışılıb.
Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla işin təşkili üzrə baş inspektoru, polis mayoru Rahim Orucov, Akademiyanın kursantı Rəşad Məmmədov, ərazi üzrə sahə rəisinin köməkçisi, polis serjantı Qalib Xamoyev şagirdləri maraqlandıran sualları cavablandırıb.