İsmayıllıda Xocalı faciəsinə həsr edilən tədbir baş tutub. Bu barədə ShimalNews 25 fevral tarixində məlumat verir.
Görüş Heydər Əliyev Mərkəzi Kitabxanasında baş tutub. Burada “Xocalı şahidləri danışır” adlı kitabın müzakirəsi keçirilib. Mərkəzin kitabxanaçısı S.Allahverdiyeva və digər toplantı iştirakçıları kitabda qeyd olunmuş Xocalı şahidlərinin acı xatirələrini səsləndiriblər.