İsmayıllıdan olan həkimin adı Türkiyədə zəlzələ bölgəsində anadan olan körpəyə verilib. Bu barədə ShimalNews 13 fevral tarixində Qafqazinfo-ya istinadən məlumat verir.
“4 günlük yuxusuzluq, yorğunluq və stresdən sonra bu duyğunu izah edə bilmirəm. Zəlzələ bölgəsində dünyaya gələn balaya anası, atası mənim adımı verdi. Allah körpə balamıza gözəl həyat nəsib eləsin”, - deyə həkim Elvin İsazadə qeyd edib.
Cülyan kəndindən olan həkim qardaş ölkədə insanların həyatını xilas edir.