Şəhid Cəmil Məmmədlinin bacısının toyunda dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Bu barədə ShimalNews 20 fevral tarixində sosial şəbəkələrdə yayılan məlumata istinadən xəbər verir.
Cəmilin anası Aygün və atası Habilin sevincini bölüşmək üçün şəhid anaları, icra başçısı Nahid Bağırov, millət vəkili Novruz Aslanov və digər çoxsaylı qonaqlar təşrif buyurublar.
Onlar gənclərə xoşbəxtlik diləyib, belə xoş günləri bütün şəhid ailələrimizə, qazilərimizə arzu ediblər.