İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri növbəti təlim-təcrübə səfərində olublar. Bu haqda ShimalNews 23 fevral tarixində mərkəzə istinadən məlumat verir.
Səfər “Castle Resort&Spa” hotelində təşkil edilib. Təlimdə DPTM-in "Qənnadıçı-şirniyyatçı" qrupunun tələbələri iştirak ediblər. Hotelin əməkdaşları gənclərə “Front office”, “SPA”, “Castle-Restoran” “Housekeeping” və digər şöbələrin fəaliyyəti haqqında ətraflı məlumat veriblər.
Sonda "Qənnadıçı-şirniyyatçı" qrupunun tələbələri hazırladıqları şirniyyat məhsullarını "Castel-Resort&Spa" otelinə hədiyyə ediblər.