İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi “Qarabağ” mədəniyyət sərgisində iştirak edib. Bu haqda ShimalNews 25 aprel tarixində məlumat verir.
ASAN könüllüləri tərəfindən 7 saylı Bakı "ASAN xidmət" mərkəzində təşkil edilən tədbirin məqsədi Qarabağın zəngin qeyri-maddi mədəni irs nümunələrinin geniş miqyasda təbliği olub.
Sərgidə Qarabağ mətbəxinin, milli geyimlərinin, qədim zamanlardan bəri məşhurlaşan sənətlərin - xalçaçılıq, dulusçuluq, şərabçılıq, ipəkçilik, monumental-dekorativ rəngkarlıq, zərgərlik sənətlərinin nümayiş olunduğu guşələr fəaliyyət göstərib.