İsmayıllıda vətəndaşların səyyar qəbulu keçirilib. Bu barədə ShimalNews 25 yanvar tarixində İsmayıllı RİH-yə istinadən məlumat verir.
Görüş İsmayıllı Rayon İcra Hakimiyyətində baş tutub. Qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Onlar sakinləri narahat edən məsələləri dinləyib, onların həlli üçün aidiyyəti şəxslərə tapşırıqlar veriblər.