İsmayıllıda “Heydər Əliyev ana dilimizin himayədarıdır!” mövzusunda rəqəmsal inşa müsabiqəsi keçirilib. Bu haqda ShimalNews 21 fevral tarixində Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Tədbir Natiq Behdiyev adına 6 nömrəli tam orta məktəbdə “Heydər Əliyev İli” və 21 Fevral-Beynəlxalq Ana Dili Günü münasibətilə təşkil edilib. Müsabiqə iştirakçıları onlara verilən vaxt çərçivəsində öz fikir və duyğularını səhifələrə qeyd ediblər.
Qaliblər yoxlama komissiyası tərəfindən müəyyən edildikdən sonra mükafatlandırılacaqlar.