İsmayıllı rayonundan olan yeniyetmə Prezident mükafatına layiq görülüb. Bu haqda ShimalNews 1 fevral tarixində məlumat verir.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Rəvanə Ağamirova Ekspert Komissiyasının təklifinə əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən şəxslər arasındadır.
Daha öncə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarı, "Ay Laçın" xalq mahnısının ifaçısı Ağamirova Rəvanə Seymur qızı haqqında məlumat vermişdik.