İsmayıllı rayonundan olan gənc qız “Ay Laçın” xalq mahnısını ifa edib. Bu haqda ShimalNews 26 avqust tarixində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə istinadən məlumat verir.

Mərkəzin benefisiarı, I dərəcə gözdən əlilliyi olan Rəvanə Ağamirova 2005-ci ildə dünyaya gəlib. Anadangəlmə görmə məhdudiyyətli gənc 5 nömrəli Respublika xüsusi internat məktəbinin şagirdidir.

Öz bacarıq və istedadı ilə “Əlillik qüsur deyil” devizini bir daha təsdiqləyən Rəvanə məlahətli səsi ilə dogma və kövrək duyğular aşılayan bu xalq mahnısına yeni ruh, nəfəs bəxş edir.

Rəvanə Ağamirova bir çox festivalların qalibi olub.