İsmayıllıda "Gənclərin asudə vaxtının səmərəli təşkili" mövzusunda dəyirmi masa keçirilib. Bu barədə ShimalNews 28 yanvar tarixində rayon Gənclər və İdman idarəsinə istinadən məlumat verir.
Tədbir "Gənclər Həftəsi 2023" layihəsi çərçivəsində təşkil olunub. Görüşdə şəhər və kəndlərdə asudə vaxtın səmərəli təşkili məqsədilə yeniyetmə və gənclərə xidmət göstərən dövlət müəssisələrinin fəaliyyətinin inkişaf etdirilməsindən bəhs edilib. Həmçinin bu sahədə çalışan mütəxəssis və əməkdaşların bilik və bacarıqlarının peşəkarlıq səviyyəsinin artırılması istiqamətində müzakirələr aparılıb.