İsmayıllıda “Şahin” hərbi-idman oyununa hazırlıq təşkil edilib. Bu haqda 4 aprel tarixində Shimal.news İsmayıllı rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Tədbir İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbdə baş tutub. Hazırlıq məqsədi ilə şəhər və kənd məktəblərində "Gənclərin çağırışaqədərki hazırlığı" fənnini tədris edən hərbi rəhbərlər, fiziki tərbiyə müəllimləri və birincilikdə hakimlik edəcək müəllimlərlə görüş keçirilib.
Tədbir iştirakçılarına hərbi-idman oyununun Əsasnaməsi barədə məlumat verilib.