İsmayıllılı tələbələr Körpələr evi-uşaq bağçasında təlim-təcrübə səfərində olublar. Bu barədə ShimalNews 11 fevral tarixində sosial İsmayıllı DPTM-ə istinadən məlumat verir.
Səfərdə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin "Dayə" qrupunda təhsil alan tələbələr iştirak ediblər. Təlim-təcrübə zamanı tələbələr uşaqlarda hərəkət ehtiyacının və idmana marağın formalaşmasına əsaslanan motor bacarıqlarının inkişafı, mətn və musiqi ilə birgə yaradıcı oyun fəaliyyətləri icra ediblər.