İsmayıllıdan olan tələbələr "Castle Resort&Spa" Hotelində təlim-təcrübə səfərində olublar. Bu haqda ShimalNews 7 fevral tarixində DPTM-ə istinadən məlumat verir.
Təlimlərdə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin "Turizm sahəsində iaşə üzrə mütəxəssis" qrupunun tələbələri iştirak ediblər. Hotelin əməkdaşları - "Front office" meneceri Qamət Abbasov, "SPA" şöbəsinin meneceri Ziya Qədirov, SPA şöbəsinin meneceri Akşin Şahbazov, barmen Bəxtiyar Mustafayev , baş-aşpaz Namiq Məhərrəmov tələbələrə şöbələrin fəaliyyəti haqqında ətraflı məlumat veriblər.