Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli vətəndaşlarla görüşəcək. Bu barədə ShimalNews 29 yanvar tarixində məlumat verir.
Tədbir fevralın 2-si Şamaxıda baş tutacaq. Burada İsmayıllı, Şamaxı, Ağsu,Qobustan rayonlarından olan sakinlər iştirak edə bilərlər.
Qeydiyyat üçün ad, soyad, ata adını, müraciətin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq qəbula yazılmaq olar.