İsmayıllıda zəlzələ qeydə alınıb. Bu haqda ShimalNews 31 yanvar tarixində Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən məlumat verir.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, hadisə İsmayıllı stansiyasından 20 km şimalda saat 06:54-də baş verib. Ocağı 13 kilometr dərinlikdə yerləşən zəlzələnin gücü 3.8 bal olub.
Sakinlərin bildirdiyinə görə, onlar yeraltı təkanları hiss ediblər.