Xaçmaz rayonunda 28 yaşlı kişinin cəsədi asılı halda tapılıb. Bu barədə ShimalNews 26 iyun tarixində məlumat verir.
Məlumata görə, 28 yaşlı Mirzəmməd kənd sakini Dövlət Xankişiyev özünü asıb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.