top
“İki xərçəng xəstəsi hicama ilə sağaldı” - Haldun Məmmədli ilə ÖZƏL MÜSAHİBƏ
05 fevral 2025, 14:17
- ↺ +

“İki xərçəng xəstəsi hicama ilə sağaldı” - Haldun Məmmədli ilə ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son zamanlar el arasında hicama üsulu ilə müalicəyə üz tutanların sayı xeyli artıb. Hicama qançıxarma yolu ilə müalicə metodudur və vakuum bankaları vasitəsilə orqanizmdə qanaxmanı gücləndirməkdir. Bir çox xəstəliklər zamanı istifadə olunan hicamanın əsasını Çin botaniki Ci Hanici qoyub.

Lakin bu müalicə üsuluna münasibət birmənalı deyil. Xüsusən də səhiyyə işçiləri hicama üsulunu qəbul etmirlər.

Bunun səbəbi nədir? Səhiyyə işçiləri niyə hicamanı qəbul etmir? Hicama hansı xəstəlikləri sağaldır?

Shimal.News birmənalı fikirlərə və suallara cavab tapmaq üçün hicama üzrə ixtisaslaşmış Haldun Məmmədli ilə söhbətləşib.

Onunla müsahibəni təqdim edirik:

- Haldun bəy, oxucularımız üçün öncə özünüzü təqdim edin.

- Haldun Eyham oğlu Məmmədli. 1991-ci ildə İsmayıllı rayonunda anadan olmuşam.

- Neçə ildir bu işlə məşğulsunuz? Bu sahədə təhsil almısınız?

- Artıq 13 ildir ki, hicama ilə məşğulam. Hicama təhsilimi 4 il Misirdə almışam. Daha sonra 3 ay təcrübə keçmişəm. Mən özüm Hepatit c xəstəsi olmuşam. Hicamanı öyrənmək üçün çox pul xərcləmişəm. Amma bu prosesi öyrənəndən sonra tez-tez hicama etdirdim. Cavan qan bədənimə gəldikcə xəstəlik sovrulub getdi.

- Hicamanı necə təsvir edərdiniz və bu prosedurun əsas məqsədi nədir?

- Hicama insanlara Allah tərəfindən verilmiş bir möcüzədir. Bu prosedurun əsas məqsədi insan bədənini cavan və oksigenlə zəngin olan qanla təmin etməkdir.

- Hicama ilə bağlı insanlarda hansı səhv anlayışlar var?

- Bu prosesə inanmamaq düşünürəm ki, cahillikdən irəli gəlir. Fikir verirsinizsə, hicamaya maraq son dövrlər çoxalıb. Hətta bəzi insanlar var ki, gizlin etdirir. Çünki bunun müalicəsinə inanır, amma ətraf düşüncələrdən qorxur. Hicamanın verdiyi nəticəni heç bir müalicəvi prosedur göstərə bilməz.

- Bəs hicamanın hansı xəstəliklər üçün daha faydalı olduğunu söyləyə bilərsiniz?

- Ağlınıza gələn istənilən xəstəlik üçün faydalıdır. İstər iltihab, istər xroniki ağrılar olsun. Bütün xəstəliklər üçün hicama tətbiqi vacibdir. Səbəbini izah edim. Qan orqanizmdə sintezi yaradacaq sistemdir. Bütün orqanlar bundan asılıdır. Cavan qan nə qədər çoxdursa, insan sağlamlığı bir o qədər yaxşı olur.

Zəhər insan orqanizmindən 5 vasitə ilə ixrac olunur. Bunlar sidik, nəcis, ağız suyu, tər və bunlardan daha vacib hicamadır. Çünki hicama vasitəsi ilə bədəndən parazitlər və karbon qazları çıxır, xolesterin yağları azalır. Digər proseduralarla xolesterin yağının səviyyəsinin aşağı salınması üçün müalicə 300-400 manata başa gəlir. Amma hicama ilə iki seansa xolesterini aşağı salmaq mümkündür.

İki xərçəng xəstəm var idi ki, hicama ilə sağaldı. Hazırda bu xəstəlikdən əziyyət çəkən 8 pasiyentimə də hicama edirik.

- Haldun bəy, hansı şəxslərə hicama etmək olmaz?

- Hamilə qadınlara məsləhət görülmür. Səbəb isə hamilə xanımlar bətnində olan övladına qan verir və onda qan azlığı yaranır. Buna görə həmin şəxslərə hicama etdirmək məsləhət görülmür. Daha sonra qadınlara menstruasiya dövründə hicama etdirmək qəti olmaz.

- Sizcə, hicama müasir təbabətdə özünə yer tapa bilirmi və necə inkişaf edə bilər?

- Müasir tibb kapitalizmin üzərində qurulub. Yəni indiki səhiyyədə əsas puldur. İnsanı bir xəstəlikdən sağaldıb, digərinə yoluxdururlar. Özlərindən asılı vəziyyətə salırlar. Amma hicama elə deyil. Baş nahiyəsində hicama etdirmək endorfini (xoşbəxtlik hormonu) 10 dərəcəyə qədər aktivləşdirir.

- Qiymətlər bəs? Hansı aralıqda dəyişir?

- Məndən olsa, hicamaya qiymət qoymaram. Çünki qara brilyantdan da bahalı müalicə metodudur. Bir çox xəstəliklərin dərmanıdır. Hicamadan sonra bədəndə iki-üç dəfə qanın miqdarı qalxır.

Amma qiymətlərə gəldikdə hazırda bizdə hicama 75 manatdan endirimlə 60 manata düşüb.

- Hicamanı öyrənmək istəyənlər tələbələriniz olubmu?

- Bu proseduru öyrənən 63 tələbəm olub. Hazırda 4 nəfər yanımda təcrübə keçir, 8 nəfərə də online dərs keçirəm.

 

Fidan İlqar

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Cəmiyyət
30 oktyabr 2026, 13:00

Qurumlar susdu, Qubada sakinlər yararsız yolu öz hesablarına təmir etdilər

Cəmiyyət
30 oktyabr 2026, 12:12

Şimalın bu rayonlarında istilik mövsümü başlayır - Siyahı

Kriminal
30 oktyabr 2026, 11:08

Tibbi müayinə avtobus sürücüsünü İFŞA ETDİ

Hadisə
30 oktyabr 2026, 10:46

Uşaqlı ailə Quba-Xaçmaz yolunda qəzaya düşüb

Oxşar xəbərlər