Bu gün axşam şimal rayonlarında hava dəyişəcək. Bu haqda ShimalNews 15 mart tarixində məlumat verir.
Martın 17-dək fasilələrlə yağıntı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Martın 16 və 17-də gecə bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Quba-Qusar bölgəsində yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi proqnozlaşdırılır.