Xaçmaz rayonunda Fövqəladə Hallar Nazirliyi (FHN) tədbir keçirib. Bu barədə ShimalNews 21 iyun tarixində FHN-in Mətbuat Xidmətinə istinadən xəbər verir.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Xaçmaz rayonunda FHN-in Şimal regional mərkəzi ilə birgə “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirib. Tədbirlərdə rayon ərazisindəki su hövzələrində keçirilən monitorinqlərin nəticələri barədə məlumat verilib, aşkar olunmuş nöqsanlar fotoslaydlarla nümayiş olunaraq, onların aradan qaldırılması yolları geniş müzakirə olunub.
Müşavirələrdə çıxış edənlər, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları ilə bağlı məlumatlar veriblər.