Qubada “Yanğın zamanı qəza-xilasetmə əməliyyatları” mövzusunda təlim keçirilib. Bu haqda ShimalNews 21 mart tarixində məlumat verir.
Tədbir Şimal Regional Dövlət Yanğın Nəzarət İdarəsi tərəfindən Rayon Mərkəzi Xəstəxanasında baş tutub. Təlimin keçirilməsində əsas məqsəd tibb heyətinin yanğınla mübarizə, o cümlədən yanğın zamanı zərərçəkmişlərin və qiymətli əşyaların xilas edilərək təhlükəsiz əraziyə təxliyə edilməsi və ilkin tibbi yardımın göstərilməsi, qəza-xilasetmə əməliyyatları üzrə idarəetmə vərdişlərinin daha da təkmilləşdirilməsi olub.