İsmayıllı şəhərində bu gün yanğın qeydə alınıb. Bu haqda ShimalNews 14 fevral tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin (mətbəx) tavanı, içərisindəki mebel və 1 ədəd soyuducu yanıb. Əraziyə cəlb edilən yanğından mühafizə bölmələri alovun qarşısını alıblar.