Şimal bölgəsində oduncaq tədarükü ilə əlaqədar növbəti ictimai dinləmələr keçirilib. Bu haqda 9 iyun tarixində ShimalNews Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
Qışa hazırlıq məqsədilə təşkil edilən dinləmələr dünən və bu gün Quba, Qusar və Xaçmaz rayonlarında baş tutub. Kənd sakinlərinin iştirakı ilə keçirilən ictimai dinləmələrdə qırma sahələrinin ayrılması, oduncaq tədarükü və satışının həyata keçirilməsi qaydaları haqqında ətraflı məlumat verilib.