İsmayıllıda gənclər üçün maarifləndirici görüş keçiriləcək. Bu barədə ShimalNews 27 yanvar tarixində rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
“Gənclərin asudə vaxtının səmərəli təşkili” mövzusunda olan seminar bu gün, saat 15:00-da İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində baş tutacaq.
Tədbir İsmayıllı rayon Gənclər və İdman İdarəsinin və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir.