Bu gün Qubada Vətən Müharibəsi şəhidinin ildönümü qeyd edilib. Bu barədə ShimalNews 29 oktyabr tarixində Bizim.Media-ya istinadən məlumat verir.
Şəhid Rəvan Əliyevin anım mərasiminə Dövlət Sərhəd Xidməti(DSX)-nin idarə rəisi, general-mayor Azər İbrahimov, Xudat Sərhəd Dəstəsinin rəisi Əkbər Mehdiyev və şəxsi heyəti iştirak ediblər. Həmçinin, ailə üzvlərindən yanaşı Quba İH-nin və hüquq-mühafizə orqanlarının məsul şəxsləri də mərasimə qatılıblar.
Əliyev DSX-nin əsgəri olub. O, 23 oktyabr tarixində Zəngilan uğrunda gedən döyüşlərdə şəhid olub və ötən ilin bu günü Qubada Şəhidlər Xiyabanında dəfn edilib.
Ölümündən sonra Rəvan "Vətən uğrunda", "İgidliyə görə" və "Zəngilanın azad olunmasına görə" döyüş medalları ilə təltif olunmuşdur.