Bu gün Bakı-Quba yolunda avtomobildən meyit tapılıb.
Qafqazinfo.az-ın məlumatına görə, saat 04:50 radələrində yolun Zarat kəndindən keçən hissəsində - Beşbarmaq adlanan ərazidə dayanan “Mercedes” markalı avtomobilin sürücü oturacağında meyit aşkarlanıb.
Ölən şəxsin Şabran rayon sakini 1995-cil il təvəllüdlü Təbriz İlqar oğlu Cəbrayılov olması müəyyən edilib.
Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.