Bakı Dövlət Universitetinin (BDU) Quba Tədris-təcrübə və İstirahət Mərkəzində ağacəkmə aksiyası keçirilib. Bu barədə ShimalNews 1 aprel tarixində məlumat verir.
Tədbir “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutub. Burada universitet rəhbərliyi və tələbələr iştirak ediblər. Onlar 100-dək ağac əkiblər.
Aksiyanın məqsədi ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir.