Ramazan bayramının namazı məscidlərdə aprelin 10-da qılınacaq. Bu haqda ShimalNews 6 aprel tarixində məlumat verir.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib ki, bəzi məscidlərdə namaz saat 08:00-da, bəzilərində isə 09:00-da qılınacaq:
“Azərbaycanın bütün məscidlərində bu cür qərar verilib. Məscidin imamları da gələn camaatına uyğun olaraq, namaz vaxtlarını seçə bilərlər, yəni istərsə, 08:00, istərsə də 09:00”.