top
Bakıxanovun Qubadakı ev-muzeyi yararsız vəziyyətdədir
23 yanvar 2026, 13:10
- +

Bakıxanovun Qubadakı ev-muzeyi yararsız vəziyyətdədir

Tarixçi alim, tərcüməçi Abbasqulu ağa Bakıxanovun Qubanın Amsar kəndində yerləşən ev-muzeyi yararsız vəziyyətdədir.

Bu barədə Xalq şairi Sabir Rüstəmxanlı sosial şəbəkə hesabında paylaşım edib. 

Onun sözlərinə görə muzeydə istilik sistemi belə yoxdur: 

"Mikayıl Müşfiqin Xızı yolundakı muzeyi kimi, Bakıxanovun dağılmaqda olan, adına layiq olmayan ev-muzeyi də ürəyimi kədər və təəssüflə doldurdu. Doğrudanmı Quba rayonunun Bakıxanovun adına layiq bir muzey tikmək imkanı yoxdur? Doğrudanmı Mədəniyyət Nazirliyimizin əlaqədar əməkdaşlarının ev-muzeyləri yaratmaq təcrübəsi və fəlsəfəsi bu qədər bəsitdir? İsidilməyən binanın buz kimi soyuq otaqlarında titrəyə-titrəyə bizə məlumat verən işçilərin dediyinə görə, muzeyə gələn çoxdur. Bu muzey Bakıxanov və onun mühiti haqqında nə verə, hansı təəssüratı yarada bilər?"

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, qurum muzeyin mövcud vəziyyəti barədə məlumatlıdır: 

"Bakıxanovlar nəslinin nümayəndələri tərəfindən də qeyd olunan problemə dair nazirliyə müraciətlər olunub. Mədəniyyət Nazirliyi tərəfindən mütəmadi olaraq muzeylərin cari və əsaslı təmiri, ekspozisiyasının bədii tərtibatı, maddi texniki bazasının yaxşılaşdırılması istiqamətində işlər aparılır. Bakıxanovun ev-muzeyində təmir-bərpa işlərinin aparılması, o cümlədən muzey ekspozisiyasının müasir standartlara uyğun yenidən qurulması məsələsinə regionlarda muzey müəssisələrinin fəaliyyətinin optimallaşdırılması və daha təkmil muzey işinin təşkili istiqamətində aparılan islahatlar çərçivəsində baxılacaq". 

Mənbə: Qafqazinfo

Son xəbərlər

Cəmiyyət
Bu gün, 11:23

Bir sutkada qazanılan tarixi Zəfər

Cəmiyyət
Bu gün, 10:20

Özbəkistanlı qadın xaçmazlı kişidən şikayətçidir: "TikTok"da tanıdım, hamilə qaldım, pul aldı

Hadisə
Bu gün, 09:21

Qax səhəri qəza ilə açdı: 4 nəfər yaralandı

Cəmiyyət
Bu gün, 01:03

"Aztelekom"un ağacdələn və sincab macərası – Qubada internet düzəlmir

Hadisə
Bu gün, 00:01

Antiterror əməlliyatından 3 il ötür

Siyasət
Dünən, 19:16

Alban-Udi icması Ermənistanın diplomatların Qarabağa səfərinə reaksiyasını pislədi

Cəmiyyət
Dünən, 17:50

Xaçmazda şagirdlərin məktəbə daşınması niyə dövlət hesabına deyil? - RƏSMİ CAVAB

Hadisə
Dünən, 16:50

Qubada avtomobillər toqquşdu: 5 nəfər yaralandı - YENİLƏNİB

Cəmiyyət
Dünən, 15:50

Dirəklər əyilib, naqillər sallanıb: Quba sakinləri həll gözləyir

Cəmiyyət
Dünən, 15:00

"Shimal.News" yazdı, qurum hərəkətə keçdi

Cəmiyyət
Dünən, 14:00

Dağlıq və dağətəyi rayonlarda yağış gözlənilir

Hadisə
Dünən, 13:00

"Şəki yaylası"ndakı faciə: istintaq davam edir

Cəmiyyət
Dünən, 12:10

İsmayıllı rayon prokurorluğunda "Açıq qapı" günü keçirilib

Bütün xəbərlər
Dünən, 11:20

Dövlət Agentliyi Şimalda müddətdən artıq hərbi xidmətə qəbul elan edir

Cəmiyyət
Dünən, 10:30

Qubada yaşı 100-dən çox olduğu iddia edilən çinar kəsilib

Hadisə
Dünən, 09:30

Zaqatalada 2 uşaq atasının meyiti evinin həyətində tapıldı

İdman
17 sentyabr 2026, 17:10

"Neftçi" 1000-cü oyununu Qəbələdə keçirəcək – yubileyə bir addım qalıb

Cəmiyyət
17 sentyabr 2026, 16:30

Prezident və birinci xanım Şamaxıya səfər ediblər

Hadisə
17 sentyabr 2026, 15:09

Şəkidə fərdi yaşayış evi yandı – ev sahibəsi xəsarət aldı - FOTO

Cəmiyyət
17 sentyabr 2026, 14:59

Xaçmazda məktəb ətrafında piyada zolaqları yoxdur – Valideynlər narahatdır

İqtisadiyyat
17 sentyabr 2026, 14:03

Azərbaycanda 7 ayda 1696 əkiz və 60 üçəm doğulub

İdman
17 sentyabr 2026, 13:33

"Qəbələ"nin yeni baş məşqçisinin köməkçisi bəlli oldu

Siyasət
17 sentyabr 2026, 13:00

Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər

İqtisadiyyat
17 sentyabr 2026, 12:30

Qusarda kənd yumurtası bahalaşdı

Oxşar xəbərlər