“Azərişıq” ASC-nin rəhbərliyi Xaçmazda tədbir keçirib. Bu haqda ShimalNews 4 aprel tarixində məlumat verir.
Sahibkarlarla görüş Heydər Əliyev Mərkəzində baş tutub. Burada 50-yə yaxın sahibkar və yerli sakin iştirak edib. Onlara regionlarda həyata keçirilən yenidənqurma və əsaslı təmir-bərpa işləri barədə geniş məlumat verilib.
Bildirilib ki, ötən əsrin 50-60-cı illərindən qalma elektrik şəbəkələri yeniləri ilə əvəzlənir. Müxtəlif gücdə yarımstansiyalar tikilir, şəbəkələr tamamilə yenilənir, müasir transformatorlar quraşdırılır.