Xaçmazda fəaliyyət göstərən apteklərdə növbəti yoxlamalar aparılıb. Bu barədə ShimalNews 5 aprel tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən məlumat verir.
AQTA istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər keçirib. Nəticədə bir sıra müəssisələrdə nöqsanlar aşkar edilib.
Həmin apteklərin siyahısı aşağıda təqdim edilib:
| Apteklər | |||
| 1 | "Dəniz" aptek | Xaçmaz şəhəri, N.Nərimanov küçəsi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
| 2 | "Səma Dokta 1085" aptek | Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 64 | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |