İsmayıllıda müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirləri həyata keçirilib. Bu barədə ShimalNews 3 aprel tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən məlumat verir.
Yoxlamalar nəticəsində Cavanşir küçəsində yerləşən Şahmar Cəfərova məxsus heyvan kəsimi məntəqəsində bir sıra nöqsanlar aşkar edilib. Heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.